Daha 39 nəfər həyatını itirdi
Dekabrın 6-da Azərbaycanda 4356 adam COVİD-19 infeksiyasına yoluxub, 2517 nəfər müalicə olunaraq sağalıb, 39 xəstə ölüb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 146 min 679 nəfərin yenu koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:
“Onlardan 88 min 497 nəfər müalicə olunaraq sağalıb, 1632 pasiyent ölüb Hazırda aktiv xəstə sayı 56 min 550 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 1 milyon 837 min 1 testin aparıldığı bildirilib:
“Bugünkü test sayı isə 19197-dir”.
Dekabrın 5-də Azərbaycanın 2 şəhərində və 8 rayonunda karantin rejimi 14 dekabra qədər
uzadılıb
.