"3962 nəfər infeksiyaya yoluxub"
Dekabrın 18-də Azərbaycanda 45 xəstə COVİD-19 infeksiyasından ölüb.
3962 adam infeksiyaya yoluxub, 4188 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 195 min 422 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 131 min 252 nəfər müalicə olunaraq sağalıb, 2133 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 62037 nəfərdir”.
Qərargah ötən müddətdə 2 milyon 31 min 308 testin aparıldığını qeyd edib: “Bugünkü test sayı isə 15305-dır”.