Azərbaycanda bir gündə 3086 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10190, ötən müddətdə isə ümumilikdə 1 847 191 testin aparıldığını açıqlayıb.

Source: Meydan TV


"1781 nəfər müalicə olunaraq evə buraxılıb"

Azərbaycanda dekabrın 7-də 43 xəstə COVİD-19 infeksiyasından ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, ölüm sayı son ayların rekord statistikası hesab oluna bilər.

Məlumata görə, dekarın 7-də 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1781 nəfər müalicə olunaraq evə buraxılıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 149 765 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: “Olardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 57 812 nəfərdir”.

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10190, ötən müddətdə isə ümumilikdə 1 847 191 testin aparıldığını açıqlayıb.

Ana səhifəSosialAzərbaycanda bir gündə 3086 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb