Azərbaycanda bazar günü koronavirusdan vəfat edən olmayıb

Foto: Meydan TV

“20 nəfər yoluxub, 12 pasiyent sağalıb”

Aprelin 24-də Azərbaycanda 20 nəfər COVID-19 infeksiyasına yoluxub, 12 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bu gün analiz namunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyədək 792 min 496 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 min 646 nəfər müalicə olunaraq sağalıb, 9707 pasiyent ölüb. Aktiv xəstə sayı 143 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2820, bu günə qədər isə ümumilikdə 6 milyon 794 min 952 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü koronavirusdan vəfat edən olmayıb