Azərbaycanda bazar günü 192 nəfər koronavirusa yoluxub

Foto: Meydan TV

“12 xəstə vəfat edib”

Martın 13-də Azərbaycanda 192 nəfər COVID-19 infeksiyasına yoluxub, 406 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 12 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 790 min 767 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 779 min 417 nəfər müalicə olunaraq sağalıb, 9611 pasiyent ölüb. Aktiv xəstə sayı 1739 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4435, bu günə qədər isə 6 milyon 632 min 882 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 192 nəfər koronavirusa yoluxub