Azərbaycanda: 57 nəfər virusa yoluxdu, 68 nəfər sağalıb evə buraxıldı

“Onlardan 528 nəfəri müalicə olunaraq sağalıb”

Source: Reuters


Ümumilikdə 86.607 test aparılıb

Aprelin 17-də Azərbaycanda 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq evə buraxılıb.


Nazirlər Kabineti

yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda qeyd olunub ki, hazırda 1340 nəfər koronavirus infeksiyasına yoluxub:

“Onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər ölüb, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Operativ Qərargah bildirib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.

Ana səhifəİqtisadiyyatAzərbaycanda: 57 nəfər virusa yoluxdu, 68 nəfər sağalıb evə buraxıldı