“Xəstələrin vəziyyəti stabildir”
Azərbaycanda 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Məlumatı martın 17-də
Nazirlər Kabineti
nin yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.
Qərargahdan qeyd edilib ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Azərbaycan
da ümumilikdə koronavirusa yoluxma sayı 28-ə çatdı. Bunlardan 6 nəfərinin sağalıb, evə buraxıldığı bir nəfərin isə öldüyü bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasının yayılması ilə bağlı pandemiya elan edib.
Martın 13-də Nazirlər Kabineti təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib.