Azərbaycanda 19 məktəb, 505 sinif distant təhsilə keçib

Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir

Source: Specify Source


Valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur

Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya

keçirilib

.

Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir. Məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir:

“İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib”.

Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir:

“Koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsini zəruri hesab edir”.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır:

“Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə ayrı-ayrı məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

Azərbaycanda sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.

Təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib. Bu göstərici Bakı üzrə 88, Sumqayıt üzrə 92, Gəncə üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil

edir.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi, ali və orta ixtisas təhsili müəssisələrində çalışan təhsil işçilərinin 80 faizi, peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi artıq vaksinasiya olunub.

Peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 1 faizinin, məktəbdənkənar təhsil müəssisələrinin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var.

Nazirlər Kabinetinin yeni qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşdan yuxarı hər kəsin COVID-19 sertifikatı tələbi tətbiq

edilir

.

18 yaşı tamam olmayan birinci kurs tələbələri isə universitetlərə koronavirus testinin cavabını təqdim edib.

Bir müddət öncə Səhiyyə Nazirliyi açıqlamışdı ki, Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin

vurulacaq

.

Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

Səhiyyə Nazirliyi COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq, hər iki doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırıb. Bildirilir ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna

bilər

.

Avropa Tibb Agentliyi (EMA) də oktyabrın 4-də yaydığı açıqlamasında bildirib ki, yaşı 18-dən yuxarı olanlara ikinci dozadan azı 6 sonra buster dozaların vurulması nəzərdən keçirilə bilər.

Ana səhifəSosialAzərbaycanda 19 məktəb, 505 sinif distant təhsilə keçib