Azərbaycanda: 184 infeksiyaya yoluxma, 3 ölüm

Operativ qərargah ötən müddətdə 868 min 345 testin aparıldığını qeyd edib

Source: Архив


160 nəfərin sağalaraq evə buraxıldığı deyilir

Avqustun 22-də Azərbaycanda 184 adam COVİD-19 infeksiyasına yoluxub, 160 nəfər müalicə olunaraq evə buraxılıb, 3 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, Azərbaycanda indiyə qədər 35 min 105 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 32 min 842 nəfəri müalicə olunaraq sağalıb, 515 pasiyent ölüb. Aktiv xəstə sayı 1748 nəfərdir.

Operativ qərargah ötən müddətdə 868 min 345 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 6557-dır".

Ana səhifəSosialAzərbaycanda: 184 infeksiyaya yoluxma, 3 ölüm