“Azərbaycan yenidən borclanmaya gedir”

İqtisadçı bildirir ki, müzakirələrin gedişindən bir çox şey məlum olur.

Foto: Turan İA

Qubad İbadoğlu: “Bu gedişlə ilin sonuna borcların ÜDM-də payı 20 faizi ötə bilər”

2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 9.091,0 milyon ABŞ dollarıdır. Bu, 2019-cu il üzrə Ümumi Daxili Məhsulun 18,9 faizini təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin

hesabatı

nda bildirilir.

Maliyyə Nazirliyi əlavə edir ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu il üçün ümumi dövlət borcuna xidmət xərclərinin məbləği 1.296,3 milyon ABŞ dolları olacaq:

“İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il üçün xarici dövlət borcunun təxminən 1 faiz azalması proqnozlaşdırılır. Lakin pandemiya dövründə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan prezidenti arasında aparılan video konfranslarda əsas müzakirə mövzusu yenə də kreditlər olub. Dünən AİB-lə keçirilən konfransda İlham Əliyev bildirib ki, bu bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı bildirir ki, müzakirələrin gedişindən bir çox şey məlum olur. Məsələn, verilmiş bəyanatların əksinə olaraq Azərbaycan hökuməti yenidən dövlətin xarici borclarını artırmağa çalışır. Bu gedişlə ilin sonuna borcların ÜDM-də payı 20 faizi ötə bilər:

“Baxmayaraq ki, prezidentin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da borcların azadılması da hədəflənmişdi. Lakin maliyyə naziri Samir Şərifov qeyd edib ki, xarici dövlət borcunun idarə edilməsi üzrə strategiyamıza müəyyən düzəlişlərin edilməsi məcburiyyətində qalacağıq. Çünki bugünkü strategiya daha çox konservativ idi. Yəni limit var idi və bu borclanmalar nəzərdə tutulmamışdı”.

Qubad İbadoğlu deyir ki, 2018-ci ilə dair orta və uzun müddət üçün dövlət borcunun idarə edilməsinə dair Strategiya özünü heç qısa müddətdə belə doğrultmayıb.

Ana səhifəİqtisadiyyat“Azərbaycan yenidən borclanmaya gedir”