Bir sutka ərzində 300-dən artıq Azərbaycan vətəndaşı qeydə alınıb
“Kavkazski uzel”in materialı
Bu gün Azərbaycanın 60 vətəndaşını təcili şəkildə Xarkovdan təxliyə etmək qərara alınıb. Belə ki aviazəbələrə görə şəhərdə qalmaq təhlükəli hal alıb, – Azərbycanın fəxri konsulluğunda İctimai-siyasi Proseslər Mərkəzinin rəhbəri xəbər verib.
“Kavkazski uzel”in yazdığına görə, bu gün Azərbaycanın Xarkovdakı fəxri konsulluğu xəbər verib ki, bir sutka ərzində 300-dən artıq Azərbaycan vətəndaşı qeydə alınıb, onlardan 30-u şəhərin daha təhlükəli yerlərindən Ukrayna-Polşa sərhədinə təxliyə olunub.
Rusiya qoşunları Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra orada yaşayan Azərbaycan vətəndaşları ölkəni tərk etməyə başlayıb. Fevralın 26-sı axşam 500 Azərbaycan vətəndaşı Ukraynadan Moldovoya, daha 190-nı Polşaya keçib. Azərbaycan vətəndaşlarına müvəqqəti sığınacaq verməyə hazır olan ölkələr sırasına Macarıstan və Rumıniya da qoşulub. Bu gün Rumıniyadan Azərbaycana Ukraynanı tərk etmiş bir qrup Azərbaycan vətəndaşı uçub.
Bu gün Xarkova aviazərbələr endirməyə başlayıblar, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun tərkibindəki İctimai-siyasi Proseslər və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Samir Adıgözəlli xəbər verib. Onun dediyinə görə, şəhərin bombardman olunması və irimiqyaslı hücumun gözlənilməsi səbəbilə Azərbaycan konsulluğu bu gün təcili olaraq Lvova daha 60 vətəndaşını, o cümlədən tələbələri göndərəcək.
“Hazırda Xarkovda qalmaq təhlükəsizlik nöqteyi-nəzərindən tamamilə mümkünsüzdür. Bu gün mən də şəhəri tərk edəcəm”, – APA Adıgözəllidən sitat gətirib.
Rusiya qoşunları fevralın 24-ü səhər Ukraynada hərbi əməliyyata başlayıb. Fevralın 27-si axşam Rusiya Müdafiə Nazirliyi əməliyyat başlayandan ilk dəfə etiraf edib ki, rusiyalı hərbi qulluqçular arasında yaralananlar və həlak olanlar var, hərçənd onlarlın sayını açıqlamayıb.