Azərbaycan və Ermənistanda Anım Günü keçirilir (yenilənib)

Savaşda Azərbaycan tərəfdən 93 mülki şəxsin həlak olduğu, 454 mülki vətəndaşın yaralandığı bildirilib.

Source: Specify Source


14.18.


Sentyabrın 27-də Bakı şəhərində Anım Günüylə əlaqədar yürüş keçirilib.


Tədbirə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da qatılıb.


Bu barədə məlumat yayan "Azərtac"



yazır



ki, Neftçilər prospektindən başlayan yürüş bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinədək davam edib.

***


Hər iki ölkə II Qarabağ müharibəsində həlak olanları yad edib

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur.

Bu barədə Prezident İlham Əliyev ötən ilin 2 dekabr tarixində sərəncam imzalayıb.

Sərəncamda deyilir: "27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir".

image_from_ios (4).jpg
II Şəhidlər Xiyabanı

Bildirilir ki, bu gün saat 12:00-da ölkə ərazisində II Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına əsasən, sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə 2 min 907 hərbi qulluqçu həlak olub, 7 nəfər itkin düşmüş sayılır.

Savaşda Azərbaycan tərəfdən 93 mülki şəxsin həlak olduğu, 454 mülki vətəndaşın yaralandığı bildirilib.

II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ötən əsrin 90-cı illərində işğal olunan Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi geri qaytarılıb.

2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanatdan sonra Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

image_from_ios.jpg
II Şəhidlər Xiyabanı

Ermənistanda da 44 günlük müharibənin başlanması ilə əlaqədar saat 11.00-də bir dəqiqəlik sükut elan olunub.

Məlumatı "Sputnik.armenia"

yayıb

.

Bildirilir ki, Ermənistan və Qarabağ ərazisində müharibənin başlanması 1 dəqiqəlik sükutla yad ediləcək.

Sayt yazır ki, müharibə nəticəsində 3781 adam həlak olub.

231 hərbçinin və 22 mülki şəxsin itkin düşdüyü bildirilib.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistanda Anım Günü keçirilir (yenilənib)