Azərbaycan ölkəyə giriş-çıxış üçün tətbiq olunan məhdudiyyətin vaxtını uzadıb

Sonradan analoji qərar Gürcüstan, Türkiyə və Rusiya ilə bağlı da verilib.

Foto: Azərtac


Qərar yükdaşımalara və çarter reyslərinə şamil olunmur

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılıb.

Məlumatda bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb. Operativ Qərargah bu qərarın yükdaşımalara və çarter reyslərinə aidiyyəti olmadığını qeyd edib.

Pandemiya ilə əlaqədar olaraq Azərbaycan ilk olaraq İranla fevralın 29-da quru və hava sərhədlərini bağlayıb. Sonradan analoji qərar Gürcüstan, Türkiyə və Rusiya ilə bağlı da verilib.

Ana səhifəSosialAzərbaycan ölkəyə giriş-çıxış üçün tətbiq olunan məhdudiyyətin vaxtını uzadıb