Azərbaycan neftinin qiyməti artıb

Ən son “Azeri Light” neftinin bir barelinin qiyməti keçən ilin aprelində minimuma enmişdi – 15.81 dollar olmuşdu. 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olmuşdu.

Source: Foto: Meydan TV


Bu, 1.15 faizlik artım deməkdir

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

"Azeri Light" (CIF) markalı neftin 1 bareli 0.87 ABŞ sent qalxaraq 76.59 dollar olub. Bu, 1.15 faizlik artım deməkdir.

Müstəqil iqtisadçılar hər zaman açıqlamalarında Azərbaycanın neftin qiyməti qalxmışkən qeyri-neft sektorunun inkişafına dəstək verməli olduğunu söyləyirlər. Çünki neftin qiymətinin qalxmağı müvəqqətidir, gələcəkdə dünyada bu yanacaq növünə tələbatın azalacağı gözlənir. Bununla da ucuzlaşma olacağı proqnozlaşdırılır.

Dünya Bankı və Beynəlxalq Energetika Agentliyinin

hesabat

larında açıq göstərilir ki, 2021-ci ildə əsas neft istehsalçıları arasında istehsal azalacaq və neftə olan tələbat bir də heç vaxt 2019-cu ilin pik həddini aşmayacaq, bundan sonra hər il azalacaq. Nəticədə 2030-cu ilədək neftin qiyməti 35 dollar ətrafında qərarlaşacaq.

Elə maliyyə naziri Samir Şərifov da iyunun 8-də Milli Məclisin plenar iclasında

bildirmişdi

ki, dünya energetikasında inqilabi dəyişikliklər baş verir. Bu proseslər neft hasil edən ölkələr üçün müəyyən təhdidlər formalaşdırır: “Ölkə iqtisadiyyatı buna hazır olmalıdır”.

Ən son "Azeri Light" neftinin bir barelinin qiyməti keçən ilin aprelində minimuma enmişdi – 15.81 dollar olmuşdu. 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olmuşdu.

Koronavirus pandemiyası ötən il neftin qiymətinin kəskin enməsinə səbəb oldu. Aviasiyada istifadə edilən Azərbaycan neftinin qiyməti xüsusən dünyadakı aviareyslər ləğv edildiyi vaxt çox endi.

Ana səhifəİqtisadiyyatAzərbaycan neftinin qiyməti artıb