Azərbaycan millisi UEFA Millətlər Liqasında son oyununu keçirib

Foto: Meydan TV

Yığma komanda İsveçə böyük hesabla uduzub

Azərbaycan milli komandası noyabrın 19-da UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.

C Liqasında mübarizə aparan yığma komanda 1-ci qrupdakı 6-cı turun oyununda İsveç millisinin qonağı olub.

Solna şəhərində keçirilən qarşılaşma saat 23:45-də start götürüb.

Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşmışdı. İsveçdəki bu oyuna kimi yığma komanda qrupda 1 xalla sonuncu pillədə qərarlaşmışdı. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun rəhbərlik etdiyi milli İsveçdəki oyunda qələbə qazanmaqla C Liqasındakı yerini qoruya biləcəkdi. Əks halda, Azərbaycan millisi Millətlər Liqasının D Liqasına düşəcəkdi.

Qarşılaşma Azərbaycan yığmasının böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 0:6. Bu məğlubiyyətdən sonra milli komandanın UEFA Millətlər Liqasında D Liqasına düşməsi rəsmiləşib.

Ana səhifəİdmanAzərbaycan millisi UEFA Millətlər Liqasında son oyununu keçirib