Qəbələdə keçirilən oyunda qalib müəyyənləşməyib
Futbol üzrə Azərbaycan milli komandası noyabrın 16-da UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Portuqaliyalı mütəxəssis Fernandu Santuşun baş məşqçisi olduğu komanda Qəbələ şəhər stadionunda Estoniya yığmasını qəbul edib. C Liqasının 1-ci qrupunun oyunu saat 18:00-da başlayıb.
Foto: Meydan TV
Beşinci tur çərçivəsində keçirilən matçda qələbə qazanan olmayıb. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
Azərbaycan millisi əvvəlki dörd oyunda Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzmuşdu. Yığma komanda bu oyundan sonra hesabına ilk xalı – 1 xal əlavə edib.