Azərbaycan Korrupsiyanı Qavrama İndeksində qonşularından çox geridədir

Korrupsiya, Atstock Productions/shutterstock

İndeksdə birinci yeri Danimarka tutur

Təcili hərəkətə ehtiyacı olan bir dünya 2022 Korrupsiya Qavrama İndeksi (KQİ) göstərir ki, əksər ölkələr korrupsiyanı dayandıra bilmir. “Transparency International” beynəlxalq şəffaflıq təşkilatı Korrupsiyanı Qavrama İndeksini (CPI) açıqlayıb. Azərbaycan sıralamada 180 ölkə və ərazi içində 23 balla 154-cü yerə çıxıb. İndeksdə biznes insanlarının dövlət sektorunda korrupsiyanın səviyyəsini görməsinin göstəricisidir. Bundan əvvəl açıqlanan indeksdə Azərbaycan 23 balla 157-ci yerdə olub.

Təşkilat bildirir ki, builki Korrupsiyanı Qavrama İndeksi əksər ölkələrin dövlət sektorunda korrupsiya ilə mübarizənin zəif getdiyini ortaya qoyub.

Foto: “Transparency International”

Qlobal indeks 12-ci ildir ki, dəyişmir – 43-dür. Qiymətləndirmədə ölkələrin üçdə ikisi 50-dən az bal yığıb. Bu da ciddi korrupsiya problemlərinin olduğunun göstəricisidir. Qonşulara gəlincə, Ermənistan 47 balla 62-ci, Gürcüstan 63 balla 49-cu, Rusiya 26 balla 141-ci, İran 24 balla 149-cu yerdə qərarlaşıb.

Hesabatda Ermənistanın son 10 ildə vəziyyətinin yaxşılaşdığı bildirilir. Türkiyə isə indeksdə 34 balla 115-ci yerdədir. Yüksək nəticə göstərənlərdən, Danimarka siyahının başındadır. Sonrakı yerlərdə Finlandiya (87) və Yeni Zelandiya (85) gəlir.

Ana səhifəİqtisadiyyatAzərbaycan Korrupsiyanı Qavrama İndeksində qonşularından çox geridədir