İtalyan haker şirkəti “Hacking Team”-in sızılan məxfi məlumalarına əsasən, Azərbaycanın Müdafiə Nazirliyi çox mürəkkəb Uzaqdan Kontrol Sistemi (RCS) cəsusluq proqramını əldə edib. Şirkət dəfələrlə bu ittihamı təkzib edib.
Toronto Universiteti nəzdində Citizen Lab-in 2015-ci il hesabatına əsasən, “Hacking Team” şirkəti proqramlarını “repressiv rejimlərə” satmadığını israr edir və “müştəri siyasətinə əsasən məhsullarının insan hüquqlarının pozulması məqsədilə işlənib-işlənməməsini araşdırır və sui-istifadə halları aşkar olunan zaman lazımi tədbirlər gördüyünü iddia edir”. Citizen Lab-in Fevral-2014 hesabatında “Hacking Team” şirkətinin dünyanın on bir repressiv rejimləri ilə əlaqəli olduğu qeyd edilir.
Şirkətin daxili sənədlərinə əsasən 2013-cü ildə Azərbaycanın Müdafiə Nazirliyi Uzaqdan Kontrol Sistemi (RCS) cəsusluq proqramını Kaliforniyada yerləşən vasitəçi “Horizon Global Group” şirkəti vasitəsilə 320 min avro məbləğinə əldə edib. 16 min avroluq illik xidmət haqqı da 2014 və 2015-ci illərdə “Horizon” şirkəti vasitəsilə ödənilib. Məsələyə aydınliq gətirmək üçün “Hacking Team” şirkəti ilə əlaqə qurmaq mümkün olmayıb.
“Hacking Team” şirkətinin fakturalarına əsasən RCS proqramının ilkin lisenziyası üçün 130 min avro 2013-cü ilin martın 10-u və 190 min avro 2013-cü ilin mayın 30-u “Horizon” şirkəti vasitəsilə ödənilib. Ödənişlərin tarixi və məbləği “Hacking Team” şirkətinin elektron tablolarındakı Azərbaycan höküməti tərəfindən edilən ödənişlərlə üst-üstə gəlir. “Horizon Global Group” şirkətinin nə onlayn varlığı, nə ictimai profili, nə də əlaqə nömrələri var. Şirkətin ünvanı “Ranchos Palos Verdes, Nevada, CA 90274” kimi qeyd olunub.
2013-cü ilin Dekabr ayında Ekvador qəzeti El Universo tərəfindən aparılan istintaqa əsasən “Hacking Team” şirkəti öz məhsullarını “müstəqil aqentlər” vasitəsilə satdığı faktını təkzib edib.
2003-cü ildə təsis edilən “Hacking Team” şirkəti özünü “zərərli İT təhlükəsizliyi” üzrə ixtisaslaşmış “etik haker” firması kimi təqdim edir. 2008-ci ildə “Wikileaks” tərəfindən yayılan təqdimata əsasən, şirkət 2013-cü ildə gizli şəkildə Azərbaycan hökümətini təmin etdiyi RCS proqramının “istənilən şəxsi kompyüter və ya smartfon vasitəsilə aparılan istənilən əməliyyata daxil ola biləcəyini iddia edirdi”.
Uzaqdan Kontrol Sistemi təhlükəsiz rabitə kanallarının istifadəsini təmin edən həm internetdən keçən, həm də cihazın daxili viruslarını aşkara çıxarır. Şifrələmədən əvvəl elektron poçtları qeydə alır və RCS istifadəçisinin xəbəri belə olmadan onun elektron cihazının kamera və ya mikrofonunu işə sala bilər
Sızan sənədlər “Hacking Team” şirkətinin bu sistemi Qazaxıstan, Özbəkistan, Efiopiya, Türkiyə, Misir, Bəhreyn, Rusiya, Sudan və digər ölkələrə satdığı faktını təsdiq edib. Müştəriləri arasında yalnız Rusiya və Sudan üçün “rəsmi dəstəklənmir” qeydi var. Məxfi məlumat olduğundan “Hacking Team” şirkəti müştərilərinin siyahısını heç bir zaman açıqlamayıb, bu səbəbdən həmin qeydin mənşəyi bəlli deyil.
RCS-in geniş istifadə olunmasına baxmayaraq, tədqiqatçı və fəallar yalnız Sudan, BƏƏ, Efiopiya və Türkiyə hökumətlərinin bu proqramdan sui-istifadə edib insan haqqlarını pozma faktlarını aşkara çıxarıblar. Citizens Lab Azərbaycanda 2013-cü ilin iyun ayından noyabradək kimlərinsə PCS vasitəsilə izləndiyini qeyd edir, lakin həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.
Təəssüf ki, Müdafiə Nazirliyindən münasibət öyrənmək cəhdimiz baş tutmadı.