Azərbaycan əsgərinin minaya düşdüyü bildirilir

Azərbaycan əsgəri. Foto: REUTERS/Aziz Karimov

Nazirlik faktla bağlı araşdırma aparıldığını deyir

Azərbaycan hərbçisinin Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdüyü bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ziyad İlqar oğlu Salmanov Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvanın Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Onun həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Meydan TV əsgərin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəSosialAzərbaycan əsgərinin minaya düşdüyü bildirilir