Azərbaycan əsgərinin itkin düşdüyü bildirilir

Əsgər. Mənbə: “Freepik”

Müdafiə Nazirliyi axtarış aparıldığını deyir

Azərbaycan Ordusunun əsgəri Ceyhun Hüseynovun iyunun 9-da Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşdüyü bildirilir.

Bu barədə iyunun 10-da Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Ana səhifəBölgəAzərbaycan əsgərinin itkin düşdüyü bildirilir