Prokurorluq hadisəni araşdırdığını deyir
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Anar Hüseynovun özünü öldürdüyü bildirilir.
Bu barədə noyabrın 6-da Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ağdam Hərbi Prokurorluğu və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:
“Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb və digər hərəkətlər icra ediblər”.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb:
“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib”.
Meydan TV intihar edən əsgər Anar Hüseynovun yaxınları ilə əlaqə yarada bilməyib.