Azərbaycan əsgərinin güllə yarasından öldüyü bildirilir

Foto: Meydan.TV

Prokurorluq cinayət işi açdığını deyir

Müdafiə Nazirliyinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində öldüyü bildirilir.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin məlumatına görə, faktla bağlı Naxçıvan Hərbi Prokurorluğuna məlumat daxil olub.

Məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib. Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldililib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir.

Meydan TV əsgərin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəSosialAzərbaycan əsgərinin güllə yarasından öldüyü bildirilir