“Qazprom”

Mənbə: Fins.az

Başlıq: “Qazprom”

“Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmada “Qazprom” zərər görüb”

Bəzi erməni kəndlərinə qaz verilməsinin dayandırıldığı deyilir

“Azərbaycan sərhədində baş vermiş çatışmada Ermənistan ərazisindən keçən qaz boruları zədələnib”, - “Qazprom”un törəmə şirkəti “Qazprom Ermənistan” Rusiyanın “Tass” xəbər agentliyinə bildirib.

"İyulun 13-də baş vermiş fors-major hadisə nəticəsində qaz boruları zədələnib. Nəticə etibarilə Tavuş bölgəsinin Nerkin Karmiraxpyur, Aygepar kəndlərinə və qismən Çinari kəndinə qaz verilməsinin kəsilməsinə səbəb olub", -“TASS” şirkətə istinadən deyib.

Bazar günü Azərbaycan ilə Ermənistan arasındakı sərhəd xəttində silahlı qarşıdurma baş verib. Azərbaycan Silahlı Qüvvələri 11 hərbçisini itirib. Bazar ertəsi günü Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə yerləşən kəndin atəşə tutulduğunu deyib. Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib. Münaqişə zamanı 4 Ermənistan əsgərinin öldürüldüyü bildirilir.

Kreml iki ölkənin sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rc9g6w

Ən çox baxılan