Azərbaycan BMT-də Krımla bağlı qətnamənin səsverməsində iştirak etməyib

Əleyhinə səs verən ölkələrin siyahısı belədir: Ermənistan, Belarus, Burundi, Kambodja, Çin, Kuba, Şimali Koreya, İran, Qırğızıstan, Laos, Myanma, Nikaraqua, Filippin, Rusiya, Serbiya, Sudan, Suriya, Velesuela, Zimbabve.

Foto: arxiv


BMT Baş Assambleyası dekabrın 9-da Krımın Rusiya tərəfindən anneksiyası ilə bağlı qətnamə qəbul edib.

Məlumatı

Ukrayna mətbuatı

yayıb.

Sənəddə Rusiya qoşunlarının yarımadadan çıxarılması və Ukrayna ərazilərinin işğalına son qoyulması tələb edilir.

Bundan başqa Rusiya Kerç boğazında ələ keçirdiyi Ukrayna gəmilərindən götürdüyü avadanlığı geri qaytarmalıdır. Sənəddə Rusiyanın Krımda apardığı hərbi təlimlər və nüvə infrastrukturunun istifadəsi tənqid olunub.

Qətnamədə xarici ölkə nümayəndələrinə Krıma səfərlərdən çəkinmələri barədə çağırış edilib.

Sənədin lehinə 63, əleyhinə 19 ölkə səs verib.

Əleyhinə səs verən ölkələrin siyahısı belədir: Ermənistan, Belarus, Burundi, Kambodja, Çin, Kuba, Şimali Koreya, İran, Qırğızıstan, Laos, Myanma, Nikaraqua, Filippin, Rusiya, Serbiya, Sudan, Suriya, Velesuela, Zimbabve.

Səsvermə tablosunun fotosundan görünür ki, Azərbaycan səsvermədə ümumiyyətlə iştirak etməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bununla bağlı Meydan TV-nin sorğusunu cavablayıb:

Leyla Abdullayeva bildirib ki, Azərbaycan 9 dekabr tarixində BMT-nin Baş Assambleyasında Ukrayna tərəfindən irəli sürülmüş “Krım Muxtar Respublikası, Sevastopol şəhəri (Ukrayna), eləcə də Qara dəniz və Azov dənizinin hissələrinin hərbiləşdirilməsi problemi” adlı qətnamənin səsverməsində iştirak etməyib:

Leyla Abdullayeva
Leyla Abdullayeva

"Azərbaycan tərəfi hesab edir ki, qətnamədə əks olunan bəzi müddəalar aidiyyəti iki tərəf arasında həll olunmalıdır. Məlum olduğu kimi, Azərbaycan Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, siyasi müstəqilliyi, birliyi və ərazi bütövlüyünü tam dəstəkləyir və bu mövqeyimiz dəfələrlə beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində səsləndirilib. Biz bu ilin 10 dekabr tarixində Parisdə Almaniya, Fransa, Rusiya və Ukrayna dövlət başçıları arasında Normandiya formatında baş tutmuş görüşü yaxından izlədik. Ümid edirik ki, tərəflər arasındakı təmaslar və əldə olunmuş razılıqlar Ukrayna ərazisindəki münaqişənin ATƏT prinsipləri əsasında həllinə və ümumiyyətlə, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına ciddi töhfə verəcəkdir".

Ana səhifəSiyasətAzərbaycan BMT-də Krımla bağlı qətnamənin səsverməsində iştirak etməyib