“Bu, Rusiyanın təzyiqinin nəticəsi deyil”.
Azərbaycan Avropa İttifaqının (Aİ) assosiativ üzvü olmaq niyyətində deyil.
Bunu ANS telekanalına müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib.
“Biz artıq Avropa İttifaqının onların təklif etdiyi assosiasiya sazişini qəbul edə bilməyəcəyimiz barədə xəbərdar etmişik. Biz Avropa İttifaqı ilə münasibətlərimiz və əməkdaşlığımızın səviyyəsinə daha uyğun gələn sənəd hazırlamaq istəyirik” – deyə, Məmmədov izah edib.
Onun rəyinə görə, tərəfdaşlıq haqqında saziş bu münasibətlərə daha çox uyğundur.
O həmçinin Azərbaycanın assosiativ üzvlükdən imtina etməsinin Rusiyanın təzyiqindən irəli gəlməsi ilə bağlı iddiaları rədd edib.