Azərbaycan animasiyasına maliyyə ayrılması üçün prezidentə müraciət etdilər

Festivalın qalibləri bunlardır

Source: Foto: Meydan TV


Festivalın qalibi arasında Azərbaycan yoxdur

Bakıda üç gün ərzində keçirilən II Beynəxalq Animasiya Festivalı başa çatıb.

“Ənənə və inkişafa yeni baxış” şüarı altında keçirilən festivalın mövzusu Çexiya animasiyası olub. Müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət var.

Festival çərçivəsində Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş konfrans keçirilib. Uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunub.

Builki festivalda yenilik edilərək beş uşaqdan ibarət münsiflər heyəti yaradılıb.

Film və ssenarilər üzrə müsabiqə 3 kateqoriyada – “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” keçirilib.

Builki festival xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), Çexiya Respublikasının və Fransanın Azərbaycandakı səfirliklərinin, “Çinar Yayımları” nəşriyyatının, Azərbaycandakı Fransız İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Festivalın qalibləri bunlardır:


1.“Ən yaxşı qısametrajlı animasiya filmi” – “Qız” filmi (Çexiya)


  1. “Ən yaxşı uşaqlar üçün animasiya filmi” –“Papito” (ABŞ)

  2. “Ən yaxşı qısametrajlı animasiya filmi ssenarisi” – Əsən (İran İslam Respublikası)

Tamaşaçı rəğbəti mükafatına isə Firəngiz Qurbanovanın “Anam ağaca çıxıb” (1986) filmi layiq görülüb.

Festivalın bağlanış mərasimində prezident İlham Əliyevə müraciət olunub. Tədbir iştirakçıları animasiyaya maliyyə ayrılmasını, həmçinin bu sahə üzrə təhsil ocağının yaradılması xahiş ediliblər.

II Animafilm Beynəlxalq Animasiya festivalının təsisçisi Rəşid Ağamalıyevdir. Animasiya filmləri üzrə seçim komissiyasının üzvləri – Rəşid Ağamalıyev, Nəzrin Əlizadə (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Piotr Ficner (Polşa) və İlenia Cotardodan (İtaliya) ibarətdir.

Ana səhifəMədəniyyətAzərbaycan animasiyasına maliyyə ayrılması üçün prezidentə müraciət etdilər