Birinci yerdə 77 medalla Rusiyadır (40 qızıl, 23 gümüş və 14 bürünc). Üçüncü yeri 31 medalla Almaniya tutur (10-9-12)
Bazar günü azərbaycanlı idmançılar Avropa Oyunlarında daha iki medal – gümüş və bürünc medal qazanıblar.
Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının lidei Marina Durunda lent ilə çıxışlarda gümüş medal qazanıb. Çənbər ilə çıxışlarda Durunda beşinci olub və bu da tamaşaçıların narazılığına səbəb olub. Onlar mükafatlandırma mərasimində Avriopa İttifaqı bədii gimnastika üzrə texniki komitənin prezidenti Hayde Brunederi fitə basıblar.
Bürünüc medalı Azərbaycana İlya Qrinuşin qazandırıb.
Yarışların 9-cu gününün yekunlarına əsasən Azərbaycan 35 medalla ikinci yerdədir (14 qızıl, 7 gümüş və 14 bürünc). Birinci yerdə 77 medalla Rusiyadır (40 qızıl, 23 gümüş və 14 bürünc). Üçüncü yeri 31 medalla Almaniya tutur (10-9-12).