AzadlıqRadiosu-nun Bolqarıstan və Rumıniya xidmətləri fəaliyyətini dayandırır

Mənbə: Reuters

AzadlıqRadiosu-nun (RFE/RL) Bolqarıstan və Rumıniya xidmətləri martın 31-dən fəaliyyətini dayandıracaq.

BIRN mənbələrinə istinadla yazıb ki, hər iki xidmətin bağlanmasının səbəbi ABŞ Prezidenti Donald Trampın Qlobal Media Agentliyinə (USAGM) ayrılan maliyyəni azaltması ilə əlaqədardır.

Rumıniya xidmətində hazırda təxminən 20 nəfər çalışır və onlar hazırda Buxarest ofisini tərk etməyiblər. Bolqarıstan xidmətindən isə hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama verilməyib.

Tramp fevralın 3-də 2026-cı ilin büdcəsini təsdiqləyib. Sənədə əsasən, AzadlıqRadiosuna ayrılan maliyyələşmə əvvəlki illə müqayisədə 25 faiz azaldılıb. 2025-ci ildə quruma 148,7 milyon dollar ayrılmışdı.

2025-ci ilin martında ABŞ Prezidenti Donald Tramp fərman imzalayaraq Azadlıq Radiosu (RFE/RL) və Amerikanın Səsi (VOA) kimi ABŞ-dən maliyyələşən beynəlxalq media qurumlarının maliyyəsini azaldıb. Fərmanda bu qurumların rəhbərlərinə öz fəaliyyətləri və struktur dəyişiklikləri barədə hesabat təqdim etmək tapşırığı verilib. Bu qurumlara nəzarət Qlobal Media Agentliyi (USAGM) vasitəsilə həyata keçirilir. Bildirilib ki, fərmanın məqsədi dövlət büdcəsi ilə maliyyələşən bu media qurumlarının xərclərini azaltmaq və fəaliyyətlərini daha səmərəli etməkdir.

Bundan sonra Praqada yerləşən və 20-dən çox dildə xəbər və reportajlar hazırlayan RFE/RL 2025-ci ilin martında Tramp administrasiyasının əmri ilə işçilərinin böyük hissəsini işdən çıxarmaq və bəzi işçiləri məzuniyyətə göndərmək məcburiyyətində qalıb. 

2025-ci ilin noyabrında isə radionun Macarıstan xidməti bağlanıb.

Ana səhifəDünyaAzadlıqRadiosu-nun Bolqarıstan və Rumıniya xidmətləri fəaliyyətini dayandırır