“Azadlıq” qəzeti Azərbaycan Nəşriyyatına olan 24 min manatlıq borcu ödəmək üçün 15 noyabrda abunə marafonu keçirib. Marafona gələnlər həm ianə ödəyiblər, həm də qəzetə abunə olublar.
“Azadlıq” qəzeti iki məhkəmə qərarı ilə toplam 65 min manat cərimələnib. Qəzetin bank hesabına həbs qoyulub. “Qasid” yayım firması qəzetə 50 min manat borclu olsa da, pulu ödəmir. Qəzetin nəşriyyata yaranan 24 min manatlıq borcundan sonra 12 noyabrda nəşri dayandırılıb.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 16 Noyabr 2013 15:23