Dövlət Su Ehtiyatları Agentliyi suyun qiymətinin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət edib.
Müraciətdə bildirilir ki, su ehtiyatlarının daha yaxşı və səmərəli idarə olunması üçün tarif siyasətinə yenidən baxmaq lazımdır. Agentliyin sözlərinə görə, indiki su qiymətləri suyun istehsalı, təmizlənməsi, daşınması, saxlanması və şəbəkənin yenilənməsi xərclərini tam ödəməyə yetmir.
Bu səbəbdən tariflərin tədricən dəyişdirilməsi və istifadəçilər üçün fərqli qiymətlərin tətbiqi təklif olunur. Məsələn, əhali və sahibkarlar üçün ayrı-ayrı tariflər müəyyən edilə bilər. Agentlik bildirir ki, məqsəd su sisteminin yenilənməsini təmin etmək və gələcəkdə bu sahə üçün dayanıqlı maliyyə mexanizmi qurmaqdır.
Mediada suyun qiymətinin qaxacağı ilə bağlı artıq məlumatlar dərc olunur. Bildirilir ki, su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq.
Medianın yazdığına görə, Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.