Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək

Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti – Foto: ChatGpt

Prezident İlham Əliyev uşaqların sosial şəbəkələrdə təhlükəsizliyi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, sosial şəbəkələrdə uşaqların qeydiyyatı üçün yaş məhdudiyyəti tətbiq olunacaq. Məktəblərdə mobil və digər elektron cihazlardan istifadə qaydaları hazırlanacaq və tətbiq ediləcək.

Təhsil proqramlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları əlavə olunacaq. Valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramları həyata keçiriləcək. Uşaqların rəqəmsal rifahı ilə bağlı elmi tədqiqatlar aparılacaq.

Sərəncama uyğun olaraq Nazirlər Kabinetinə də tapşırıqlar verilib. Onlar dövlət qurumları, mütəxəssislər və vətəndaş cəmiyyəti ilə birlikdə normativ hüquqi akt layihələrini hazırlayıb üç ay ərzində Prezidentə təqdim edəcək, məktəb və kurikulumlarda rəqəmsal təhlükəsizlik tədbirlərini tətbiq edəcək və elmi tədqiqatları təmin edəcəklər.

Ana səhifəSosialAzərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək