Azər Badamov “anti-rus” mövqeyinə görə Rusiyaya buraxılmayıb

Azər Badamov – Foto: Youtube Screenshot

Ölkəyə buraxılmayan deputat Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və ikitərəfli münasibətlərə təsir göstərmir”

Azərbaycanlı deputat Azər Badamovun “anti-Rus” mövqeyinə görə Rusiyaya buraxılmadığı iddia olunur.

Bu barədə “RİA Novosti” məlumatlı mənbəyə istinadən xəbər verib.

Qeyd olunub ki, Rusiya ərazisinə girişin qadağan edilməsinə səbəb anti-Rusiya və rusofob xarakterli bəyanatlar olub.

“Rusiya dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Ölkəyə buraxılmayan deputat Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və ikitərəfli münasibətlərə təsir göstərmir”, – agentliyin mənbəsi deyib.

Milli Məclisin deputatı Azər Badamov mayın 4-də Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirmişdi ki, Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir.

“Məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik”, – Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Ana səhifəSiyasətAzər Badamov “anti-rus” mövqeyinə görə Rusiyaya buraxılmayıb