Martın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail şöbəsinin sədri Ceyhun Novruzov 8-ci Polis bölməsinə aparılıb.
Novruzovun bu gün məhkəməyə çıxarılacağı bildirilir.
Partiyadan Meydan TV-yə verilən məlumata görə, Novruzovun yazdığı statuslara görə saxlanıldığı ehtimal edilir.
Hazırda AXCP-nin 20-dən çox üzvü və partiyanın sədri Əli Kərimli həbsdədir.
AXCP sədri Əli Kərimli və Partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsədirlər. Əli Kərimliyə və Məmməd İbrahimə qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb. Onların həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan istintaqla əlaqələndirilir. Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir.