AXCP fəalı 30 sutka həbs olunub

Anar Ərkivan. Foto: şəxsi Facebook səhifəsi

İyunun 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat komitəsinin üzvü Anar Ərkivan Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Bu barədə AXCP-nin Nərimanov rayon sədrinin müavini Gülnarə Rəhimova Meydan TV-yə məlumat verib.

Onun sözlərinə görə, Anar Ərkivan iyunun 16-da AXCP sədri Əli Kərimlinin məhkəməsindən çıxarkən yol polisi tərəfindən saxlanılıb. Bundan sonra Ərkivan polisə müqavimət ittihamı ilə Nərimanov rayonu 17-ci polis bölməsinə aparılıb, bir gün sonra sərbəst buraxılıb.

“Əli bəyin məhkəməsindən sonra səhər atasının 40 mərasiminə gedəcəkdik. Bunun üçün Anarla maşın danışmışdıq. Bir neçə saat sonra Anar zənglərimizə cavab vermədi. Sonradan bildik ki, onu yolda Dövlət Yol Polisi saxlayıb və telefonla danışdığını bildirib. Anar buna etiraz edəndə post-patrul xidməti əməkdaşları çağırılıb. Bu gün isə ona polisə müqavimət ittihamı irəli sürülüb”, – Rəhimova bildirib.

Hazırda Əli Kərimli də daxil AXCP-nin 20-dən çox üzvü həbsdədir. 

Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq həbs olunublar.

Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.

Ana səhifəSiyasətAXCP fəalı 30 sutka həbs olunub