Avstriya MOK-un prezidenti Azərbaycan hakimiyyətinə təşəkkür edib

“İdmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna minnətdaram”

Source:


“İdmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna minnətdaram”

Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.


APA

-nın məlumatına görə, bunu K. Ştoss TASS-ın müxbirinə deyib.

Onun sözlərinə görə, Avstriyaya gətirilən 15 yaşlı Vanessa Sahinoviç artıq əməliyyat olunub, Verena Breyt isə Bakıda qalsa da, yarışlara qatıla bilməyəcək.

“Bu hadisənin niyə baş verdiyi öyrənəcəyik. Eyni zamanda idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür etmək istərdim. Bu, çox dəhşətli hadisə idi. Digər tərəfdən biz gələcəyə baxmalıyıq, komandamıza inanmalıyıq”.

Ana səhifəXəbərlərAvstriya MOK-un prezidenti Azərbaycan hakimiyyətinə təşəkkür edib