Mariya Peyçinoviç Buriç

Mənbə: Turan İA

Başlıq: Mariya Peyçinoviç Buriç

Avropa Şurasının rəhbərliyi Qarabağ müharibəsi zamanı jurnalistlərə qoyulan məhdudiyyətlərdən danışıb

“Akkreditasiya alanlar “Frans 24” kanalının xüsusi müxbiri kimi sərbəst hərəkət edə bilmirdilər”

“Qarabağ müharibəsi zamanı Azərbaycanda ciddi məhdudiyyətlər tətbiq edilib. “Facebook”, “Twitte”, “Whatsap”", “Youtube” və digər sosial şəbəkələr bu müddətdə Rabitə Nazirliyi tərəfindən dəfələrlə bloklanıb”.

Bu açıqlama Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və şuranın sədri Kristin Lambrextin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı birgə bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, Azərbaycanda bir neçə xarici jurnalistə ölkəyə daxil olmaq qadağan edilmişdi:

“Akkreditasiya alanlar isə “Frans 24” kanalının xüsusi müxbiri Ketrin Norris Trent kimi sərbəst hərəkət edə bilmirdilər”.

Bəyanat müəllifləri vurğulayıblar ki, Dağlıq Qarabağa gələn reportyorlar Azərbaycan hakimiyyətinin qara siyahısına düşüblər:

“Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı Dağlıq Qarabağa icazəsiz daxil olan jurnalistlərin təhlükəsizliyinə görə məsuliyyət daşımır”.

Şuranın Baş katibi və sədri “ifadə azadlığı hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində təsbit edilib ki, bunu Avropa İttifaqının 27 üzvü daxil olmaqla, Avropa Şurasının üzvü olan 47 dövlət öz üzərinə götürüb” deyə xüsusi vurğulayıb:

“Demokratiya şəraitində jurnalistlər həqiqətin üzə çıxarılmasında və hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsində mühüm rol oynayırlar. Onların vəzifəsi vətəndaşların vaxtında, dəqiq və etibarlı məlumat əldə etməsini təmin etməkdir ki, Covid-19 pandemiyası kontekstində bu, daha da əhəmiyyət daşıyır”.

Bəyanatda Azərbaycan və Ermənistan hökumətlərinə tövsiyə edilib ki, mülki şəxslərə qarşı beynəlxalq hüquqa dair öhdəliklərə əməl etsinlər:

“Jurnalistlərə hücumlar hərbi cinayət sayılır. Silahlı münaqişəyə cəlb olunmuş dövlətlər öz silahlı qüvvələrinə və polisə göstəriş verməlidir ki, jurnalistlərə lazımi yardım göstərsinlər. Onlar inzibati maneələri aradan qaldırmalı və viza rejiminin sadələşdirilməsi, müvafiq əraziyə giriş, lazımi yardımın göstərilməsi də daxil olmaqla jurnalistlərin imkanlarını asanlaşdırmalı, məhdudlaşdırıcı tədbirlər tətbiq olunmamalı, akkreditasiyadan məhrum etməməlidirlər. Bu, həm yerli, həm də xarici jurnalistlərə aiddir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kwctr9

Ən çox baxılan