Azərbaycan çempionu Bakıda “Malmö”yə uduzub
“Qarabağ” oktyabrın 3-də UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveçin “Malmö” komandası ilə qarşılaşıb.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun start fiti saat 20:45-də səslənib.
Oyun İsveç klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzmuşdu. “Köhlən atlar” turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcək.