Avropa Birliyi ölkələri peyvəndlənən turistlərə sərhədləri açır

Birliyə üzv ölkələrin ərazilərinə giriş mümkün olacaq

Foto: Avropa Birliyi


Birliyə üzv ölkələrin ərazilərinə giriş mümkün olacaq

Avropa Birliyi ölkələri koronavirusa qarşı tam aşılanan turistlər üçün sərhədləri açacaq.

Mayın 19-da Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş dərmanlarla vaksin olunan turistlər üçün birliyə üzv ölkələrin ərazilərinə giriş mümkün olacaq.

Mayın 25-də AB-nin dövlət və hökumət başçılarının təcili sammiti keçiriləcək.

İclasın əsas mövzularından biri xarici vətəndaşların ərazilərə giriş qaydalarının uyğunlaşdırılması olacağı gözlənilir.

Mayın əvvəlində Avropa Turizm Assosiasiyasının rəhbəri Tom Jenkins sərhədlərin açıldığı təqdirdə turizmin payız və qış aylarında əvvəlki qaydasına düşəcəyini bildirmişdi.

Ana səhifəDünyaAvropa Birliyi ölkələri peyvəndlənən turistlərə sərhədləri açır