Baş nazir Yatsenyukun Xalq Cəbhəsi birinci, “Poroshenko bloku” 21,47 faizlə ikincidir
ATƏT müşahidəçiləri oktybarın 26-da Ukraynada keçirilmiş parlament seçkilərini ədalətli adlandırıb. ATƏT müşahidəçilərinin bəyanatında deyilir ki, seçkilər real seçim vermişdi və əsasən demokratik keçirilib.
Səslərin 45 faizi sayılandan sonra baş nazir Yatsenyukun Xalq Cəbhəsi birinci yerdə gedir. Xalq Cəbhəsi səslərin 21,62 faizini yığıb. “Poroshenko bloku” 21,47 faizlə ikincidir. 3-cü yerdə “Özünəkömək” partiyasıdır -11,14 faiz.
Hələlik “Müxalifət bloku” – 9,72 faiz, Radikal partiya – 7,37 faiz, Batkyvshina – 5,72 faiz səs toplayır.