AŞPA prezidenti İlqar Məmmədova məktub yazdı

“Mən əminəm ki, Avropa Məhkəməsi tərəfindən çıxarılmış bu qərar sizin tezliklə həbsdən azad edilmənizə yardım etmiş olacaq”.

Source:

“Mən əminəm ki, Avropa Məhkəməsi tərəfindən çıxarılmış bu qərar sizin tezliklə həbsdən azad edilmənizə yardım etmiş olacaq”.

Hörmətli cənab İ.Məmmədov

Sizə də məlum olduğu kimi, mən hazırda Azərbaycanda həbsdə olan vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri kimi sizin qarşılaşdığınız vəziyyət ətrafındakı məsələni də diqqətlə izləyirəm. 2014-cü ilin mayında Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında etdiyim çıxışlar, eləcədə də, ən yüksək siyasi səviyyədə ölkə rəhbərliyi ilə görüşlərim zamanı sizin üzləşdiyiniz məsələni dəfələrlə qaldırmışam.

Avropa İnsan Haqları məhkəməsinin həbsinizin qanunsuz hesab edildiyi 22 may 2014-cü il tarixli qərarında sizin həbsinizin və istintaq müddətinin uzadılmasını konvensiyanın pozulması kimi dəyərləndirməsi mənə sizinlə və Azərbaycanda höküməti tənqid etdiyinə görə oxşar təzyiqlər, hədə-qorxu ilə üzləşən digər vətəndaşlarla bağlı məsələni qaldırmaqda yardımçı oldu. Mən əminəm ki, Avropa Məhkəməsi tərəfindən çıxarılmış bu qərar sizin tezliklə həbsdən azad edilmənizə yardım etmiş olacaq.

Bir qədər sonra, Parlament Assambleyasının Strasburqda keçirilən iclasında mən bu məsələni Azərbaycan prezidenti cənab İlham Əliyevin də nəzərinə çatdırdım. Müzakirələr zamanı prezident bu, eləcə də demokratiya, insan hüquqları, qanunun aliliyi prinsipləri, eləcə də gündəmdə olan digər ətrafında fikir mübadiləsi aparmaq üçün məni Azərbaycana işgüzar səfərə dəvət etdi. Mən prezidentin bu təklifini qəbul etdim və hazırda bu səfərin reallaşması üçün əlverişli tarix nəzərdən keçirilir.

Bu kontekstdə, fürsətdən istifadə edərək mən sizi əmin etmək istərdim ki, biz hazırda Azərbaycanda həbsdə olan insan hüquqlarının müdafiəçilərinin azad edilməsi üçün səylərimizi bundan sonra da davam etdirəcəyik. Mən həmçinin həbsxanalarda saxlanılan fəallarla da görüşlər keçirməyi planlaşdırıram və əgər həmin vaxt siz hələ də həbsdə saxlanılacaqsınızsa, mən sizinlə də mütləq görüşməyi düşünürəm.

Ana səhifəXəbərlərAŞPA prezidenti İlqar Məmmədova məktub yazdı