Asif Yusifli azadlıqda

Asif Yusufli həbs olunarkən hüquqlarının ardıcıl olaraq pozulduğunu də bildirib

Source: Specify Source


AXCP üzvünün həbs müddəti başa çatıb

Noyabrın 25-də AXCP Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi əlili Asif Yusiflinin həbs müddəti başa çatıb və o, azad olunub.

Asif Yusifli Meydan TV-yə deyib ki, 5 illik həbs müddətini normal keçirib, xüsusi olaraq incidilməyib:

“Ötən 5 ildə idmanla məşğul olur, kitab oxuyur, vaxtımı səmərəli keçitrməyə çalışırdım. Həbsxana elə bir yerdir ki, istər-istəməz itirirsən, ancaq iki şey qazanırsan: elm və sağlamlıq. Həbs olunanda ağır durumdaydım, ayağımda 40 tikiş vardı. İndi yaxşıyam, millətimə xidmət edəcəyəm”.

Asif Yusufli həbs olunarkən hüquqlarının ardıcıl olaraq pozulduğunu də bildirib:

“Həbsdə əlilliyim ikinci qrupa dəyişdirildi, mən birinci qrup idim, bu, hüquqlarımın pozulması idi”.

Asif Yusifli ona verilən ittihamların saxta və qurama olduğunu deyib:

“Bu, mənim siyasi fəaliyyətimlə, AXCP və Milli Şuranın apardığı siyasi xətlə bağlıydı. Ümumiyyətlə, 2014-cü ildə başlanan həbslər hakimiyyətin 1 il sonrakı parlament seçkilərinə hazırlığı idi”.

Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilib və 7 il azadlıqdan məhrum edilib.

2016-cı ilin mayında

Ali Məhkəmə

Asif Yusiflinin həbs müddətini 1,5 il azaldıb.

Asif Yusifli ittihamı qəbul etməyib və həbsdə saxlanmasını sifariş sayıb.

Ana səhifəSiyasətAsif Yusifli azadlıqda