Asif Yusifli AXCP-dən istefa verib

Foto: Asif Yusiflinin şəxsi arxivindən

O, partiyanın boykot qərarlarını “xroniki” adlandıraraq etiraz edib

Asif Yusifli Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verib.

Rəyasət Heyətinin üzvü olan Asif Yusifli bu barədə sentyabrın 16-da “Facebook” səhifəsində paylaşım edib.

Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm”, – deyə o qeyd edib.

Asif Yusifli səbəb kimi davamlı olaraq partiyanın seçkiləri boykot qərarını əsas gətirib:

“İstefamın səbəbi xroniki boykot qərarlarıdır”.

Ancaq Asif Yusifli prinsipial müxalifətçi mövqeyində qaldığını qeyd edib:

Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”.

Meydan TV-nin sorğusuna cavab verən Asif Yusifli dünənki qərarı barədə danışmaq istəmədiyini bildirib.

Asif Yusifli 1995-ci ildən AXCP-nin üzvü idi.

AXCP funksioneri Fuad Qəhrəmanlı Meydan TV-nin sorğusuna qısa cavab verib:

Bu, Asif Yusiflinin fərdi qərarı olduğu üçün münasibət bildirməyi məqsədəuyğun saymıram”.

Ana səhifəSiyasətAsif Yusifli AXCP-dən istefa verib