Arif Yunusun həbs müddəti uzadılıb

Müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb

Source:

Oktyabrın 29-da Nəsimi Rayon  Məhkəməsi Sülh və Demokratiya İnstitutunun əməkdaşı, dövlətə xəyanətdə ittiham olunan Arif Yunusun həbs müddətini 2015-ci il martın 15-dək uzadıb. Bu barədə Turan-a vəkil Xalid Bağırov bildirib.

Onun sözlərinə görə, istintaq həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin aparılmasının, çoxsaylı şahidlərin dindirilməsinin, ekspert rəylərinin alınmasının vacibliyi və çox güman ki, A.Yunusun istintaqdan gizlənə bilməsi ehtimalı ilə əsaslandırıb.

A.Yunus özü bildirib ki, ona qarşı cinayət işi saxtadır və siyasi motivlidir.

Bununla yanaşı müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.Vəsatətə nə zaman baxılacağı hələlik bəlli deyil.

Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da, Arif isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və bir sıra digər cinayətlərin törədilməsində ittiham olunurlar.

Amnesty International təşkilatı onları “vicdan məhbusları” kimi tanıyıb. Beynəlxalq təşkilatlar, həmçinin Fransa prezidenti də daxil olmaqla, bir sıra ölkələrin liderləri onların azadlığa buraxılmasını tələb ediblər

Ana səhifəXəbərlərArif Yunusun həbs müddəti uzadılıb