Messinin komandası finalda Fransa millisini məğlub edib
Dekabrın 18-də Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının final oyunu keçirilib.
DÇ-2022-nin həlledici matçında Argentina və Fransa yığmaları üz-üzə gəlib.
“Lusail” stadionunda keçirilən matçı polşalı hakim Şimon Marçinyak idarə edib.
Saat 19:00-da başlayan qarşılaşmada 90 dəqiqədə, daha sonra oyuna əlavə olunan yarım saatda qalib müəyyənləşməyib (3:3). Penaltilər seriyasında isə qalib gələn komanda Argentina millisi olub.
Bununla da, Argentina tarixində üçüncü dəfə dünya çempionu tituluna yiyələnib. Cənubi amerikalılar 1978 və 1986-cı illərdə də mundialın qalibi olublar.