Araz Əlizadə: Seçkilər demokratik keçib

”Mənim səslərim oğurlanmayıb”

Source:


”Mənim səslərim oğurlanmayıb”

Prezidentliyə namizəd, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə 11 aprel növbədənkənar prezident seçkisini demokratik və şəffaf adlandırıb.

O, bu barədə Meydan TV-yə danışıb.

Araz Əlizadə düşünmür ki, onun səsləri oğurlanıb.

ASDP sədri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın onu qadın namizəd adlandırmasını haqda suala belə cavab verib:

“Aprelin 9-da onunla görüşdə mənim səlahiyyətli nümayəndəm Sevda Əliyeva görüşüb. Şennak da elə düşünüb ki, namizəd Sevda Əliyevadır. Vəssalam, başqa nəsə axtarmağa ehtiyac yoxdur”.

Mərkəzi Seçki Komissiyasının ilkin

açıqlaması

na görə 11 aprel növbədənkənar prezident seçkisinin qalibi İlham Əliyevdir. MSK bəyan edib ki, İlham Əliyev 94 fazi sayılmış bülletenlərin nəticəsinə görə 86 faiz səs toplayıb.

Araz Əlizadə MSK-nın hesabatına görə 1,39 faiz səs toplayıb və səkkiz namizəd arasında altıncı olub.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edilmişdi.

Prezidentliyə səkkiz nəfər namizəd var idi – hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.

Müxalifət partiyaları seçkini boykot ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçilib.

Ana səhifəXəbərlərAraz Əlizadə: Seçkilər demokratik keçib