Aqil Abbas: “Niyə ancaq deputatın maaşlarını görürsüz?”

Milli Məclis deputatların maaş artımını dəstəkləyən qanun layihəsinə səs verərək birinci oxunuşdan keçirib. Bununla bağlı 22 iyunda keçirilən iclasda “Milli Məclis deputatının statusu haqqında” Qanuna dəyişiklik edilir. Qanun qəbul ediləndən sonra deputatın vəzifə maaşı 43% artacaq. 

Yəni Milli Məclis kürsüsündə oturan deputatların aylıq vəzifə maaşı 2485 manat olacaq. Üstəlik, millət vəkillərinin gəlirləri bununla da bitmir. Onlar deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi qədər aylıq pul təminatı alırlar. Yeni dəyişikliklə Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində də əlavə alacaqlar.

Nəticə etibarilə bu qanun layihəsi qəbul olunarsa Milli Məclisdə heç bir inzibati vəzifə tutmayan deputatların da aylıq gəlirləri də iki qat artmış olur.

Ana səhifəVideoAqil Abbas: “Niyə ancaq deputatın maaşlarını görürsüz?”