Aparıcının düşdüyü qəzada bir nəfər həyatını itirib

Foto: Aytən Səfərovanın şəxsi arxivindən

Yaralılar xəstəxanaya çatdırılıb

Efirdən “Aytən Səfərova” kimi tanınan televiziya aparıcısı Aytən Piriyevanın idarə etdiyi “Hyundai” İsmayıl Məmmədova məxsus eyni markalı başqa avtomobillə toqquşub. Nəticədə İsmayıl Məmmədovun maşınında olan Ayxan Əliyev həyatını itirib.

Hadisə aprelin 17-də səhər saat 7 radələrində Xətai rayonu ərazisində – Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib.

8 noyabr prospekti istiqamətində hərəkət edən aparıcının avtomobili toqquşma nəticəsində yol kənarında olan “Kia Soul” markalı başqa bir maşına çırpılıb və ardınca da aşıb.

Qəza zamanı xəsarət alan Aytən Piriyeva və daha bir neçə yaralı xəstəxanaya yerləşdirilib.
Ayxan Əliyev xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar başlayıb.

Ana səhifəSosialAparıcının düşdüyü qəzada bir nəfər həyatını itirib