Hazırda İstanbulda hotel şəraitində (məcburi) qalan, ANS Televiziyasının Gəncəbasar üzrə operatorunun təcili xəstəxanaya köçürülməsinə ehtiyac var
ANS TV-nin Gəncə bürosunun əməkdaşı
Nəriman Məmmədov
un səhhətində ciddi problemlər yaranıb. Bu barədə Azadlıq Radiosunun Gəncəbasar üzrə jurnalisti
Gülnur Kazımova
nın verdiyi məlumata görə, hazırda Nəriman Türkiyəyə müalicəsini davam etdirmək üçün aparılsa da, onun xəstəxanaya köçürülməsi qeyri-mümükündür.
“ Artıq bir həftəyə yaxındır ki, Nəriman Türkiyənin İstanbul şəhərindədir. Onu Çapa Tibb Fakültəsinin İnfeksion bölməsinin həkimi
Vasif Əliyev
müalicə edir. (həkim Azərbaycanlıdır) Lakin, həkimin bildirdiyinə görə, Nəriman Məmmədovun tibbi sığortası olmadığından onun xəstəxanada müalicə alması qeyri-mümkündür”
Gülnur Kazımova
nın sözlərinə görə, bu gün Nərimanla “Skype” vasitəsi ilə əlaqə saxlayıb:
“ Nərimanın gözlərində olan problemə görə, edilən müalicə səbəbindən onun qanı aşağı düşüb. Hazırda İstanbulda otel şəraitində qalır. Bu da onun həkim nəzarətindən uzaq qalması deməkdir. Hazırda Nərimanın ciyərlərində və gözlərində infeksiya irəliləyir, bundan başqa ayaqları da tutulur və yerimə qabiliyyəti məhdudlaşmaq üzrədir. Düşünürük ki, yaxın günlərdə adiyatı qurumlar onun Türkiyədə xəstəxana şəraitində müalicə almasına şərait yaradacaqlar ”.
Nəriman Məmmədovun xəstəliyi ilə bağlı həkimi bir neçə infeksion xəstəliyinin olduğunu bildirir. Xəstəliyinin dəqiq adının bilinməsi üçün onun verdiyi analizlərin cavabları bir neçə gündən sonra bilinəcək. Hələlik isə infeksiya irəliləmkdədir.
Artıq üç gündür ki, Gəncədə fəaliyyət göstərən media nümayəndələrinin əməkdaşları Nərimanın sağalması üçün lazım olan 22 min AZN-in toplanması ilə bağlı yardım aksiyasına start veriblər. Gəncə Media Mərkəzinin sədri Səbinə Ələkbərovanın sözlərinə görə, hazırda Nərimanla bağlı “facebook” səhifəsində dəvət qrupu və bank hesabı ilə bağlı hər saat xəbərlər yayılır:
“Gəncədə fəaliyyət göstərən TV və media orqanları da Nərimanın vəziyyəti ilə bağlı xəbərləri ictimayyətə çatdırırlar. Aksiyanın ikinci günündə toplanan ümumi məbləğin həcmi 2400 manat və 150 dollar təşkil edib. Birinci günündə artıq İstanbula 4985 dollar toplanaraq göndərilib. 155 dollar da bank xərci ilə birlikdə birinci gündə 5140 dollar toplanıb. İki gün ərzində isə ümumilikdə yardım kampaniyasının nəticəsi 5290 dollar, 2400 manat olub. Çalışırıq Gəncədə imkanlı şəxslərin də diqqətini bu aksiyaya yönəldək ”.
ANS şirkətlər qrupuna Nəriman Məmmədovun vəziyyəti ilə bağlı rəsmi və şifahi məlumat verilib. Bundan başqa bu gün Gəncə jurnalistləri ilə görüşən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova da rəsmi və şifahi məlumat verilib.
44 yaşı Nəriman Məmmədov üç oğul atasıdır. Böyük oğlu hazırda hərbi xidmətdədir.
Nəriman Məmmədovlar bağlı bank hesabı və online ödəmə haqqda bu linkdə ətraflı məlumat almaq olar