Amsterdamda siyasi məhbuslara dəstək aksiyası

Hollandiyada yaşayan bir qrup azərbaycanlı mühacir Amsterdamın mərkəzi meydanında siyasi məhbuslarla bağlı aksiya keçiriblər. Əllərində siyasi məhbusların şəkillərini tutan mühacirlər ağızlarını qara yapışqanla bağlayaraq fləş-mob təşkil ediblər. Qara yapışqanların ağızlara yapışdırılması ölkədə danışan, haqqını tələb edən insanların həbs olunmasına işarədir. Onlar ölkədə baş verən repressiv siyasətə etiraz edir və həbs olunanların tezliklə azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, sentyabrın 24-də Avropadakı siyasi mühacirlər siyasi məhbuslarla bağlı ümumi etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Ana səhifəVideoAmsterdamda siyasi məhbuslara dəstək aksiyası