AMAY Ticarət Mərkəzi yanır (yenilənib)

Yanğın baş verən 4-cü mərtəbədə yaşayış yoxdur, vətəndaşlar isə təxliyə olunub.

Source:


12.25.

AMAY Ticarət Mərkəzində 30 kvadratmetr ərazi yanıb. Bu barədə apa-ya danışan hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın barədə məlumat saat  10.31 də daxil olub.

Onun sözlərinə görə, yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.  Dərhal hadisə yerinə Xətai rayonu və “Neftayırma” Zavodunun Yanğından Mühafizə hissələrinin şəxsi heyəti cəlb edilib.

Ə. Novruzov bildirib ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən ofislərin birində  qeydə alınıb və 30 kv.m ərazini əhatə edib. Yanğın zamanı dördüncü mərtəbənin şaxtasında olan kabellərin izolyasiyası alışıb: ”Yanğının söndürülməsi zamanı istifadə edilən su 2 saylı “ASAN Xidmət” Mərkəzinin ofisinə ziyan vurub. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.


***


12.00. APA xəbər verir ki, ticarət mərkəzində baş verən yanğın artıq söndürülüb.


ANS-in bildirildiyinə görə, yanğına elektrik qısaqapanması səbəb olub, 1 nəfər tüstüdən boğularaq xəstəxanaya yerləşdirilir. Binada yerləşən ASAN-Xidmətin fəaliyyəti müvəqqəti dayandırılıb.


***


Yanğın baş verən 4-cü mərtəbədə yaşayış yoxdur, vətəndaşlar isə təxliyə olunub.

Sentyabrın 13-də səhər saatlarında Fəhlə prospektində yerləşən AMAY Ticarət Mərkəzində yanğın başlayıb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın mərkəzin 4-cü mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə çalışırlar. Yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın cəlb olunub.

Bildirildiyinə görə, yanğın baş verən 4-cü mərtəbədə yaşayış yoxdur. Binanın yanğın baş verən hissəsindən vətəndaşlar təxliyə olunub.

Ana səhifəXəbərlərAMAY Ticarət Mərkəzi yanır (yenilənib)